Tarix : 2019 Sep 02
Kod 58767

Azərbaycan, Türkiyə və Gürcüstan birgə təlimi başlayıb

Bu gün Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə “Eternity-2019” kompüter dəstəkli komanda-qərargah təlimi başlayıb.

Arannews-Bu barədə FaktXəbər-ə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Türkiyə və Gürcüstan hərbi qulluqçuları “Eternity-2019” təlimində iştirak etmək üçün Azərbaycana gəlib.

Silahlı Qüvvələrin Hərb Oyunları Mərkəzində və səhra şəraitində keçiriləcək nəzəri və praktiki hissədən ibarət olan təlimdə üç ölkənin hərbi bölmələri və aidiyyəti dövlət qurumlarının nümayəndələri regional iqtisadi layihələrin mühafizəsinin təşkili üzrə tapşırıqları icra edirlər.

Təlim sentyabrın 6-dək davam edəcək

  • Yazılıb
  • da (də) 2019 Sep 02
  • Göndərən جهان کمالی