Tarix : 2019 Sep 03
Kod 58770

Rusiya və İran nüvə enerjisini müzakirə edəcəklər

Rusiya və İranın enerji nazirləri Aleksandr Novak və Reza Ardakanian sentyabrın 2-də iki ölkənin nüvə enerjisi sahəsində təşəbbüslərini müzakirə edəcəklər.

Arannews-in TASS-a istinadən məlumatına görə, bunu bazar ertəsi Rusiya xarici işlər naziri Sergey Lavrov İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə danışıqlardan sonra keçirdiyi birgə mətbuat konfransında açıqlayıb.

"Rusiya və İranın energetika nazirləri bu gün Moskvada bir araya gələcəklər. Əminik ki, prezidentlər tərəfindən razılaşdırılmış tapşırıqların yerinə yetirilməsi maraqları baxımından iqtisadi istiqamətdə qarşıya qoyulan vəzifələri daha ətraflı nəzərdən keçirəcəklər. İlk növbədə enerji sektorunda, o cümlədən nüvə sənayesində", - deyə Lavrov bildirib. "

Rusiya xarici işlər naziri əlavə edib ki, nazirlər nəqliyyat, sənaye əməkdaşlığı, maliyyə və bank sahəsində əməkdaşlıq məsələlərini də müzakirə edəcəklər.

  • Yazılıb
  • da (də) 2019 Sep 03
  • Göndərən جهان کمالی