Tarix : 2019 Sep 08
Kod 58799

17 sentyabr tarixində işğal olunmuş ərazilərdə keçiriləcək seçkilərdə Qafqaz yəhudilərinin rolu

2019 -cu ilin 9 aprel tarixində Sionist rejiminin 21-ci Knesset (parlament) seçkiləri baş tutdu. Lakin Likud partiyasının sədri Benjamin Netanyahunun Məclis kabinetini yarada bilməməsi səbəbindən, məclis tətil oldu və yeni seçkilər isə 17 sentyabr 2019-cu ildə keçiriləcək.
Arannews-Bu qeyddə işğal olunmuş torpaqlarda yaşayan qafqaz yəhudilərinin ictimai mövqeyini, eləcədə iqtisadi problemləri ilə yanaşı siyasi-mədəni məsələləri barəsində söhbət açacağıq.
Qafqaz yəhudiləri mərhələ ilə Fələstin torpaqılarına köç etdilər. Bu köçlərin ən çoxu 1970 və 1990 –cı illərin axırlarında baş verdi. Dağ yəhudiləri əsasən, Nof Hacalil (נוף הגליל ), Miqdal Hamid (מגדל העמק ), Kiryat Yam (קריית ים ), Ur Akiva ( אור עקיבא ) və s. kimi şəhərlərdə sakin oldular və hal-hazırda İsraildə yaşayan Qafqaz yəhudilərinin sayı təxminən 80000 nəfərdir.
İşğalçı hökumət əvvəlcə, Qafqaz yəhudilərini çox sayda infrastruktur və yaşayış problemi olan ərazilərə köçürdü və qafqazlılar özləri də bu problemlərin öhdəsindən gəlmək üçün mübarizə apardılar.
Bir neçə onilliklər keçməsinə baxmayaraq, Ur Akiva şəhərinin sabiq bələdiyyə rəisi Simha Yusibov (שמחה יוספוב ) etiraf edərək bildirdi ki, hələ də qafqaz yəhudiləri üçün aliş-veriş mərkəzi,istirahət mərkəzi və səhiyyə kimi imkanlar yox həddindədir və bir çox evlərin təmirə ehtiyacı vardır.
İqtisadi probemlərdən əlavə, qafqaz yəhudilərini daha çox narahat edən məsələ, ictimai-mədəni problemlər idi. Dağ yəhudiləri, eləcədə, Efiopiya və Mərakeş yəhudiləri bir təbəqədə yer alırdılar və onlara qarşı ictimai məhdudiyətlər aşkar şəkildə nəzərə çarpırdı. “Qafqazlılar dəlidilər” cümləsi Fələstin torpaqlarında yaşayan yəhudi xalqının arasında yayılmış bir cümlə idi. Bərşova ( באר שבע ) şəhərində yaşayan bir qrup cavan öz mənliklərini qorumaq, eləcədə onlara qarşı olan təhqirlərlə mübarizə aparmaq üçün qafqaza üz tutdular və bura gəldikdə anladılar ki, bu məntəqədə, xüsusəndə Azərbaycan Respublikasında yaşayan yəhudilər kifayət qədər yüksək ictimai mövaqeyə, eləcədə, müsəlmanlarla birlikdə izzətli bir yaşama sahibdirlər. Onlar daima İslamın dəstəyini öz üzərilərində hiss edirdilər. Bütün bunlarla yanaşı, işğal olunmuş Fələstin torpaqlarında onlara vəd olunmuş möhtəşəm dövlət, xülya və ilğımdan başqa bir şey olmadığını anladılar. 
Qafqaz yəhudilərinin cavanları arasında yayılmış narkamaniya,əxlaqi fəsadlar və təhsildən yayınma kimi hallar İsrail sakinlərinə nisbətən daha çoxdur. Bu sadalanan problemlərdən savayı, illər sonra, dağ yəhudiləri özlərinə məxsus olan mədəni meyarlara görə İsrail cəmiyyətindən bir növ təcrid olundu və onlarla uzlaşa bilmədi.Hətta Keshev ( קש"ב ), Generation to Generation (מדור לדור) kimi təşkilatlar belə yəhudilər arasında olan bu ayrıseçkiliyi və ayrılığı aradan apara bilmədilər.
Dağ yəhudiləri özlərində olan ictimai qorxu və yuxarıda sadalanan digər problemlərə görə, siyasi mövzularda özünə inam hissini itiriblər. Belə ki, dağ yəhudiləri digər yəhudilərə nisbətən çox az siyasi biliyə malikdirlər. Hətta bu məsələ onların siyasətçilərində də özünü biruzə verməkdədir.
Qafqaz yəhudilərinin siyasi simaları heç bir zaman özlərinə məxsus siyasi xəttə malik olmayıblar və hər zaman digər sionist dövlətlərin yolu ilə hərəkət edirlər. Onlar müxtəlif hiylələrlə öz üzvlərindən təşkilatların məqsədlərinə xidmət etmək üçün, habelə populist (xalqın mənefeyini düşündüklərini iddia edərək məqsədə çatmaq üçün istifadə olunan siyasi üsul) vasitələrdən istifadə edirlər. Misal üçün, Likod partiyasının üvzü olan Barux Liviyov ( ברוך ליוייב ) etiraf edərək demişdi: “Bütün görülən tədbirlərə rəğmən Knessetin (İsrail parlamenti) tətil olduğu elan olundu və biz deyə bilərik ki, qafqaz yəhudiləri çox şanslıdırlar, çünki onlar qüdrətli demokratiyadan öz problemlərini həll etmək üçün mükəmməl şəkildə istifadə etməyi bacardılar.”
Ancaq bu bəyana cavab olaraq deyə bilərik ki, hansı kabinetdir ki, 21-ci Knesset seçkilərinin belə bir qeyri-münasib vəziyyətində, özüdə sürətlə qafqaz yəhudilərinin problemlərini həll etməyi bacardı?! Bu kimi bəyanlar, qafqaz yəhudilərinin yetərincə siyasi məlumatlara sahib olmadıqlarının göstəricisidir. Əks təqdirdə, bu kimi şəxslər rahat şəkildə belə əsassız və məntiqsiz çıxışlar edə bilməzdilər.
Mən qafqaz yəhudilərinin işğal olunmuş torpaqlarda keçirilən seçkilərdəki roluna işarə etməmişdən öncə, 2015 və 2019-cu ilin 9 aprelində keçirilən seçkilər barəsində hesabatı təqdim etmək istəyirəm:
2019- cu ildə keçirilən seçkidə seçicilərin sayı 2015- ci ilə nisbətən 4 faiz az idi, habelə bu torpaqlarda yaşayan ərəb seçicilərin sayı, 62 faizdən 49 faizə düşmüşdü və buna səbəb isə, ərəb cəmiyyəti bu seçkilərin onların gələcək taleyinə təsir etməyəcəyi qənaətində idilər.
Bütün bunlarla yanaşı, daha çox əhəmiyyət kəsb edən məsələ budur ki, 2015-ci ildə keçirilən seçkilərdə qafqaz yəhudilərinin seçici sayı ərəblərlə bərabər idi. Ancaq, 9 apreldə keçirilən seçkilərdə qafqaz yəhudilərinin sayı, ərəblərin hətta bir faizindən belə az idi.
Yekun nəticə: İşğal olunmuş torpaqlarda sakin olan yəhudi cəmiyyəti ilə ərəb arasında mövcud olan uyğunsuzluq və aşkar münaqişələr səbəbindən, İsrailin siyasətlərindən biri də budur ki, ərəb toplumunu onlarla birlikdə sülh şəraitində yaşamağı təmin etsinlər. Ancaq seçkilərdə yəhudilərin bir qismi ilə ərəblərin sayının bərabər olması və hətta onlardan az sayda olması məsələsi, heç də sionist rejim üçün ictimai strategiya üçün yaxşı xəbər hesab olunmur və bu bir növ təhlükə siqnalıdır və hətta gələcək seçkilərdə qafqaz yəhudilərinin daha az olacağı istisna edilmir.
  • Yazılıb
  • da (də) 2019 Sep 08
  • Göndərən جهان کمالی