Məhərrəm ayının 10-cu günü bütün müsəlman dünyasında Aşura günü olaraq qeyd edilir. Əba Əbdullah (ə) sevdalıları dünyanın hər guşəsində Kərbəla şəhidləri anır, rövzə və mərsiyə deyir, əzadarlıq keçirir.
Arannews-Məhərrəm ayının 10-cu günü bütün müsəlman dünyasında Aşura günü olaraq qeyd edilir. Əba Əbdullah (ə) sevdalıları dünyanın hər guşəsində Kərbəla şəhidləri anır, rövzə və mərsiyə deyir, əzadarlıq keçirir.
Azərbaycanda da İmam Hüseyn (ə) aşiqləri bu müsibətli şəhadəti anmaq mərasimləri təşkil edib, göz yaşları ilə Əhli-Beytin (ə) qəminə şərik olublar. Ölkəmizin bütün bölgələrində Aşura əzadarlığı yaşanıb, Kərbəla şəhidləri anılıb.
Hər il olduğu kimi, Şəhidlər Xiyabanı da ziyarət edilib. Burada dualar edilib, əzadarlıq saxlanılıb. Ziyarət, cəmlə "Fərəc" duasının oxunması ilə yekunlaşıb.
.