Tarix : 2019 Sep 16
Kod 58837

Ermənistanda amerikan-ingiis şirkətin qarətinə qarşı aksiya davam edir

Mənfəəti yalnız amerikan-ingilis Lidian şirkətinin cibinə gedəcək “Amulsar” dağındakı qızıl mədənindən hasilatın Ermənistan xalqı üçün heç bir mənfəəti yoxdur və yalnız bu bölgənin ətraf mühitini dağıdacaq.

Arannews-Ermənistan paytaxtı ötən bir həftədə amerikan-ingilis Lidian şirkətinə qarşı ikinci etiraz aksiyasının şahidi olub. Lidian Ermənistanın “Amulsar” dağındakı qızıl mədənindən hasilatın lisenziyasını alıb. Bu da xalqın geniş müxalifəti ilə üzləşibdir.

Aksiyanın təşkilatçılarının sözlərinə görə, mənfəəti yalnız amerikan-ingilis Lidian şirkətinin cibinə gedəcək “Amulsar” dağındakı qızıl mədənindən hasilatın Ermənistan xalqı üçün heç bir mənfəəti yoxdur və yalnız bu bölgənin ətraf mühitini dağıdacaq. Lidian bir mafiya şirkətidir və Amerika və İngiltərənin Ermənistandakı səfirliklərinin himayələri ilə bu ölkənin sərvətini qarət etməyə çalışır.

Etirazçılar İrəvanın Azadlıq meydanına toplaşıblar. Onlar Lidian şirkətinə qarşı şüarlar veriblər. Natiqlərdən birinin sözlərinə görə, Ermənistanın sabiq hökumətinin şübhəli şəkildə verdiyi Lidian-ın fəaliyyət lisenziyası qanunsuzdur və ləğv olunmalıdır. Etirazçıların tələblərinə əsasən, Ermənistan hökuməti qarşıdakı beş gün ərzində Lidian şirkətinin fəaliyyət lisenziyasını ləğv edə bilər. Əks halda, etirazlar daha geniş miqyas alacaq.

  • Yazılıb
  • da (də) 2019 Sep 16
  • Göndərən جهان کمالی