Tarix : 2019 Sep 19
Kod 58846

Şəhriyar Ayətullah Xameneinin sözü ilə

Ustad Məhəmmədhüseyn Şəhriyarın vəfatının 31-ci ildönümü münasibətilə

İran İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah əl-üzma Xamenei Ustad Şəhriyarın şerlərini şer sözünün həqiqi mənası adlandıraraq deyir: “Şəhriyar İran tarixinin bütün dövrlərinin ən böyük şairlərindən biridir və bu onun “Heydər babaya salam” şerinə görədir.”
AranNews – Ustad Məhəmmədhüseyn Şəhriyarın vəfatının 31-ci ildönümü münasibətilə İran İslam İnqilabının Böyük Rəhbərinin Ustadın iftixarlı şerləri barədə dediklərinə bir daha nəzər salırıq.
Ali Məqamlı Rəhbər Şəhriyarın şerləri barədə deyir: “Şəhriyarın farsca olan şerlərindəki əsas xüsusiyyət budur ki, şer sözün həqiqi mənasınadır; yəni şer təkcə sözlərin nəzmi deyil, hiss və xəyalın məğzidir. Bəzən bu dil daha da yüksəlir. Yəni Şəhriyarın farsca olan şerlərində bəzi qəzəllər vardır ki, farsca yazılmış birinci dərəcəli qəzəllər sırasındadır. Beləliklə, bu şerlər onu bizim dövrümüzün ən böyük şairləri sırasına daxil edir.”
 
“Heydər babaya salam” barədə
Ali Məqamlı Rəhbər Şəhriyarın ən məşhur şerlərindən olan “Heydər babaya salam” barədə deyir: “Şəhriyar İran tarixinin bütün dövrlərinin ən böyük şairlərindən biridir və bu, onun “Heydər babaya salam” şerinə görədir. “Heydər babaya salam” müstəsna bir şerdir. Rəvan və sərbəstlik, səfa, şirin söz və şerə aid digər xüsusiyyətlərin hamısı “Heydər babaya salam”-da vardır. Bir adi şerdə şairin öz zehnində qabaqcadan olan təsəvvür hikmətlə süzülüb gəlmişdir. Bu əsasla, Şəhriyarı arif şair adlandırmaq olar.”
  • Yazılıb
  • da (də) 2019 Sep 19
  • Göndərən جهان کمالی