Tarix : 2019 Sep 20
Kod 58852

Müxalif gənclərin lideri: "Əli Kərimli xalqı dolayır"

Müxalif inqilabçı gənclərin liderlərindən biri, NİDA üzvü və keçmiş siyasi məhbus İlkin Rüstəmzadə AXCP sədri Əli Kərimlini hakimiyyətə qarşı güzəştli siyasət yürütməkdə ittiham edib.

Arannews-Virtualaz.org- a istinadən məlumatına görə, İlkin Rüstəmzadə Facebook səhifəsində Əli Kərimlinin icazə gözlədiyini əsas gətirərək vəd olunan mitinqdən yayındığını bildirib.

“Əli Kərimliyə müraciət edirəm: Yetər, bu insanları doladınız? İcazəli mitinq nədir? Basın çıxın meydana!”- deyə İlkin Rüstəmzadə yazıb.

Qeyd edək ki, müxalifət sentyabrın 28-də mitinq keçirməyi planlaşdırmışdı. Lakin bununla bağlı son qərar hələ də qəbul edilməyib.

İlkin Rüstəmzadənin açıqlaması Əli Kərimlinin tərəfdarları ilə digər müxalifət üzvləri arasında qarşıdurmaya və qızğın mübahisələrə səbəb olub.

  • Yazılıb
  • da (də) 2019 Sep 20
  • Göndərən جهان کمالی