Terrorizmə qarşı mübarizədə Rusiya, İran və Türkiyə əməkdaşlığı digər ölkələrə örnək ola bilər.
Arannews-Bu sözləri rusiyalı deputat Sergey Jeleznyak Ankaradakı üçtərəfli sammitlə bağlı açıqlamasında deyib.
“Liderlərin bu görüşü Suriyada ictimai konsensusun yaranmasına yardımçı olur. Suriyanın ərazi bütövlüyü qorunmalı, terrorçular tamamən yox edilməli, ölkədə azad seçkilər keçirilməlidir. Bunlar qarant ölkələrin başlıca hədəfləridir. Üç ölkə arasındakı dialoqun əsasını formalaşdıran fikirlərdən biri də ABŞ-ın Suriyadan tez bir zamanda çıxmasının vacibliyidir. ABŞ Suriyadan çıxacağını açıqlasa da, hələ də vədinə əməl etməyib. Onların bu ölkəni nəzarətdə saxlamaq istəyi bəllidir. Bunu koalisiya partnyorları, yaxud nəzarətlərindəki terrorçular vasitəsilə edirlər”, - deyə deputat bildirib.