Tarix : 2019 Sep 25
Kod 58874

Ərdoğan ABŞ-da yəhudilərlə qapalı görüş keçirdi

Türkiyə prezidenti ABŞ yəhudi təşkilat və icmasının rəsmiləri ilə görüşüb.

Arannews-Anadolu”-ya istinadən verdiyi xəbərə əsasən, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın yəhudi təşkilatlarının və Nyu-Yorkun yəhudi icmasının nümayəndələrini qəbul edib.

Görüş Nyu-Yorkda yerləşən otellərdən birində KİV üçün qapalı rejimdə keçirilib.

Tədbirdə Türkiyənin xəzinə və maliyyə naziri Berat Albayrak, ticarət naziri Ruhsar Pekcan və digər Türkiyənin yüksək vəzifəli şəxsləri iştirak ediblər.

Xatırladaq ki, Türkiyə prezidenti BMT Baş Assambleyasının 74-cü sessiyasında iştirak üçün ABŞ-da səfərdədir.

  • Yazılıb
  • da (də) 2019 Sep 25
  • Göndərən جهان کمالی