Tarix : 2019 Sep 25
Kod 58876

Ərdoğan BMT tribunasında Qarabağdan danışıb

Cənubi Qafqaz dünyanın problemli bölgələri sırasından çıxarılmalıdır”.

Arannews-Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində keçirilən iclasda bildirib.

R. T. Ərdoğan deyib ki, BMT-nin qəbul etdiyi qətnamələrə baxmayaraq, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonları hələ də Ermənistanın işğalı altındadır: "Azərbaycan torpağı olan Dağlıq Qarabağ və ətraf rayonlar barədə qəbul olunmuş qərarlara baxmayaraq, hələ də işğal altında saxlanılması yolverilməz bir haldır. Beynəlxalq cəmiyyətin hələ də kifayət qədər maraq göstərmədiyi problemlərdən biri də 72 ildir həll edilməyən Kəşmir münaqişəsidir. Cənubi Asiyanın sabitliyi və rifahı, Kəşmir məsələsindən ayrı düşünülə bilməz. Hazırda BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnaməyə baxmayaraq, Kəşmir sanki blokada şəraitindədir və 8 milyon insan Kəşmirdən təəssüf ki, bayıra çıxmır. Kəşmirli, Pakistanlı və Hindistanlı qonşuları ilə birlikdə təhlükəsiz gələcəyə baxmaları üçün buradakı problemin qarşıdurma deyil, ədalət və düzgünlük əsasında dialoqla həlli şərtdir."

  • Yazılıb
  • da (də) 2019 Sep 25
  • Göndərən جهان کمالی