Ermənistanda genişmiqyaslı strateji təlimlərin başlanması ilə əlaqədar şərti döyüş vəziyyəti elan edilib.
Arannews-FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının informasiya şöbəsinin müdiri Samvel Asatryan TASS-a bəyan edib.
Bildirilir ki, Ermənistan Silahlı Qüvvələrinin 2019-cu il üçün hazırlıq planına əsasən, sentyabrın 24-də ölkə ərazisində genişmiqyaslı strateji təlim başlayıb.
Qeyd olunur ki, respublikada hökumətin qərarı ilə şərti hərbi vəziyyət elan edilib.
Daha əvvəl xəbər verilmişdi ki, Nyu-Yorkda BMT Baş Assambleyasının iclasında Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Zohrab Mnatsakanyanın görüşündə Qarabağ məsələsində fikir mübadiləsi aparılıb.