Tarix : 2019 Sep 26
Kod 58880

Düşmən Azərbaycanın genişmiqyaslı və qəti hücumuna hazırlığa başladıFOTOLAR

Yadımıza rəhmətlik Bəşir Səfəroğlu ilə Lütvəlinin məşhur “Vur-vurum!” səhnəciyi düşdü.
Arannews-Səhər tezdən ermənilər Azərbaycanın işğal altındakı torpaqlarında  növbəti genişmiqyaslı təlimlərə başlayıb. 
 

 
Arannews- xəbər verir ki, bu haqda Xankəndidəki separatçı nəşrlər, eləcə də Ermənistan mediası məlumat yayıb. 
 
Məlumatda belə deyilir:
 

 
“Bu gün səhər tezdən “müdafiə ordusu”nun "Silahlı qüvvələrin cəbhə xətti boyu yerləşdirilməsi, düşmənin təcavüzünə qarşı əks tədbirlər"  adı altında genişmiqyaslı strateji təlimləri başlayıb...”
 
Yəni belə çıxır ki, düşmən Azərbaycanın öz hüquqi-tarixi torpaqlarını azad etmək üçün  genişmiqyaslı və qəti  hücumuna hazırlıq görür...
 

 
P.S. Yadımıza rəhmətlik Bəşir  Səfəroğlu ilə Lütvəlinin məşhur “Vur-vurum!” səhnəciyi düşdü...
/Moderator.az/
  • Yazılıb
  • da (də) 2019 Sep 26
  • Göndərən جهان کمالی