Yadımıza rəhmətlik Bəşir Səfəroğlu ilə Lütvəlinin məşhur “Vur-vurum!” səhnəciyi düşdü.
Arannews-Səhər tezdən ermənilər Azərbaycanın işğal altındakı torpaqlarında növbəti genişmiqyaslı təlimlərə başlayıb.
![](https://moderator.az/fotobaza/orta/247922.jpg)
Arannews- xəbər verir ki, bu haqda Xankəndidəki separatçı nəşrlər, eləcə də Ermənistan mediası məlumat yayıb.
Məlumatda belə deyilir:
![](https://moderator.az/fotobaza/orta/247925.jpg)
“Bu gün səhər tezdən “müdafiə ordusu”nun "Silahlı qüvvələrin cəbhə xətti boyu yerləşdirilməsi, düşmənin təcavüzünə qarşı əks tədbirlər" adı altında genişmiqyaslı strateji təlimləri başlayıb...”
Yəni belə çıxır ki, düşmən Azərbaycanın öz hüquqi-tarixi torpaqlarını azad etmək üçün genişmiqyaslı və qəti hücumuna hazırlıq görür...
![](https://moderator.az/fotobaza/orta/247927.jpg)
P.S. Yadımıza rəhmətlik Bəşir Səfəroğlu ilə Lütvəlinin məşhur “Vur-vurum!” səhnəciyi düşdü...
/Moderator.az/