Tarix : 2019 Sep 26
Kod 58882

Vəkil: "Tarixdə az rast gəlinib ki, dustaq vəkilinə görə aclıq edir"

Vəkil Nemət Kərimli sentyabrın 24-də cəzaəçəkmə müəssisəsində Əfqan Muxtarlı ilə görüşüb.
O, Amerikanın Səsinə bildirib ki, jurnalist sentyabrın 22-dən aclığa başlayıb və aclığı davam etdirir.
 
"Səhhətində xüsusi təhlükəli olmasa da, problemlər yaranıb,” - vəkil qeyd edib.
 
Kərimlinin sözlərinə görə, jurnalistin cərimə təcridxanasına salınması ilə bağlı yayılan məlumatların düzgün deyil.
 
"Qanunvericiliyə uyğun olaraq, o, digər məhbuslardan təcrid olunaraq ayrıca otağa yerləşdirilib. Muxtarlının özü saxlanılma şəriatindən narazı deyil. Penitensiar Xidmətdə də onunla maraqlanır.”
 
O vəkilinə qarşı edilmiş zorakılığın araşdılmasını tələb edir.
 
"Onun istəyi vəkillərə qarşı zorakılığın olmaması və onların hüquqlarının pozulmamasıdır. Bu analoqu olmayan bir tələbdir. Bəlkə də tarixdə az təsadüf edilən hadisədir ki, dustaq vəkilinin hüquqlarını müdafiə etmək üçün aclıq edir,” vəkil qeyd edib.
 
Kərimli jurnalistən aclığı dayandırmasını xahiş edib.
 
"O şəkər xəstəsidir və qan təzyiqindən əziyyət çəkir. Bu səbəbdən aclığı dayandırmasını xahiş etdim. Amma, o aclığı davam etdirir” - vəkil əlavə edib.
 
Vəkil Vəkillər Kollegiyasının onunla bağlı açıqlamasına da münasibət bildirib.
 
"Qəribədir ki, mən bəyanat yayandan iki gün sonra saat 23.45-də Vəkillər Kollegiyasının sədri Anar Bağırov məlumat yayıb və mənə də müəyyən qədər `xox` gəlib. Yazır ki, Nemətlə əlaqə saxlaya bilməmişəm, amma araşdırmışam məlumat yalandır. Araşdrıma iki tərəfli olmalıdr, məndən də qarşı tərəfdən də soruşulmalıdır. İkincisi yazır ki, əgər məlumatlar dəqiqləşməsə, digər tərəf mürüciət etsə vəkillə bağlı məsələni müzakirə edə bilərik. Mənə `xox` gəlir. Çıxaracaqsınız çıxarın, həbs edəcəksinizsə həbs edin. Bəs, mənə niyə `xox` gəlirsiniz. Vəkillər Kollegiyası vəkili müdafiə etmək əvəzinə, araşdırmadan birtərəfli mövqe tutur,” Kərimli bildirib.
 
Araşdırmaçı jurnalist Əfqan Muxtarlı 2017-ci ilin mayında Tbilisidən gizlincə Azərbaycana göndərilərək həbs edildiyini bildirib. Sonradan məhkəmə onu qaçaqmalçılıq və sərhədçiyə qarşı güc tətbiq etmək ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edib.
 
Beynəlxalq Amnesty İnternational təşkilatı Əfqan Muxtarlını "vicdan məhbusu" kimi tanıyıb.
  • Yazılıb
  • da (də) 2019 Sep 26
  • Göndərən جهان کمالی