Bakı şəhər İcra Hakimiyyəti Milli Şuranın sentyabrın 28-nə təyin etdiyi mitinqin keçirilməsinə icazə verib.
Arannews-Bu barədə Hədəf14.az-a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Məlumatda bildirilir ki, Milli Şuranın mitinqlə bağlı müraciətinə baxılıb və mitinqin Lökbatan qəsəbəsi, 28 May küçəsi, "Neftçi" idman klubunun Qaradağ təlim idman bazasında keçirilməsinə razılıq verilib.
Məsələ ilə bağlı mitinq təşkilatçıları məlumatlandırılıb.