Tarix : 2019 Sep 29
Kod 58894

Şəhid pilotun 40 mərasimi keçirildi - FOTOLAR

Hərbi Hava Qüvvələrinin “MİQ-29 “təyyarəsinin qəzaya uğrması nəticəsində həlak olan pilot, polkovnik-leytenant Rəşad Atakişiyevin 40 mərasimidir.

Arannews-Modern.az xəbər verir ki, mərhum pilotun ailəsi hüzr mərasimindən əvvəl onun  II Fəxri Xiyabanda yerləşən məzarını ziyarət edib.

Qeyd edək ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi iyulun 24-də gecə təlim-məşq uçuşu keçirən zaman qəzaya uğrayaraq, Xəzər dənizinə düşüb. Bir neçə günlük axtarışlardan sonra öncə təyyarənin qalıqları və “qara qutu”su tapılıb. Avqustun 20 -si pilot Rəşad Atakişiyevin nəşi sudan çıxarılaraq, ailəsinə təhvil verilib. Avqustun 21-i  isə II Fəxri Xiyabanda torpağa tapşırılıb.

 Rəşad Atakişiyev ailəli olub, 2 oğul övladı var.

40 mərasimindən Axar.az-ın çəkdiyi fotoları təqdim edirik.

 

  • Yazılıb
  • da (də) 2019 Sep 29
  • Göndərən جهان کمالی