Hərbi Hava Qüvvələrinin “MİQ-29 “təyyarəsinin qəzaya uğrması nəticəsində həlak olan pilot, polkovnik-leytenant Rəşad Atakişiyevin 40 mərasimidir.
Arannews-Modern.az xəbər verir ki, mərhum pilotun ailəsi hüzr mərasimindən əvvəl onun II Fəxri Xiyabanda yerləşən məzarını ziyarət edib.
Qeyd edək ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi iyulun 24-də gecə təlim-məşq uçuşu keçirən zaman qəzaya uğrayaraq, Xəzər dənizinə düşüb. Bir neçə günlük axtarışlardan sonra öncə təyyarənin qalıqları və “qara qutu”su tapılıb. Avqustun 20 -si pilot Rəşad Atakişiyevin nəşi sudan çıxarılaraq, ailəsinə təhvil verilib. Avqustun 21-i isə II Fəxri Xiyabanda torpağa tapşırılıb.
Rəşad Atakişiyev ailəli olub, 2 oğul övladı var.
40 mərasimindən Axar.az-ın çəkdiyi fotoları təqdim edirik.
![](https://modern.az/uploads/news/news_in/cfdffd1569663356.jpg)
![](https://modern.az/uploads/news/news_in/drrdff1569663356.jpg)
![](https://modern.az/uploads/news/news_in/drreff1569663356.jpg)
![](https://modern.az/uploads/news/news_in/dwed1569663356.jpg)