Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 17 cinayətin üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 13 cinayətin açılması təmin olunmuşdur.
Axtarışda olduğuna görə ümumilikdə 32 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 17 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 5 nəfər ölüb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 18 nəfər saxlanılıb.