İran Hava qüvvələri Komandiri Əhməd Mihani, İranın Preess TV kanalına dünən etdiyi açıqlamada hücum və müdafiə etmə güclərini sınayacaqlarını önə çəkib
Iran Servisi/Aran Agentliyi
Bir həftə əvvəl raket sınağı edərək başda ABŞ və İsrail kimi ölkələrin reaksiyasını çəkən İran, geniş diametrli bir hava manevri tənzimləməyə hazırlanır.
İslam-Azerinin istinadlı xəbərinə görə,
İran Hava qüvvələri Komandiri Əhməd Mihani, İranın Preess TV kanalına dünən etdiyi açıqlamada hücum və müdafiə etmə güclərini sınayacaqlarını önə çəkib.
Haqqında ABŞ və İsrailin özünə hücum təşkil edəcəyinə dair bir çox fərziyyə edilən İranın, təxminən 280 döyüş təyyarəsi var. Aralarında Rus istehsalı MİG 29 təyyarələrinin də olduğu bu hava flotunun isə ancaq yüzdə 80 nisbətində istifadə edilə biləcəyi güman edilir.
İran, keçdiyimiz həftə İsraili və ABŞ-ın Orta şərqdəki əsaslarını vura biləcək tutumda olan mərmilərin sınağını etmişdi. Pentaqondan dünən edilən açıqlamada isə İranın, Şərq və Cənub Avropadakı hədəfləri vura biləcək balistik raket tutumuna sahib olduğunu qarşıya qoyub.