Tarix : 2019 Oct 05
Kod 58922

Tale Bağırzadə zindandan yazır

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, siyasi məhbus, Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə Ədliyyə Nazirliyinin onun xanımı Leyla İsmayılzadə barəsində qaldırılmış cinayət işinə xitam verilməsinə münasibət bildirib. O, deyib ki, Ədliyyə Nazirliyinin işə xitam verilməsini humanist addım kimi təqdim etməsi əslində riyakarlıqdan başqa bir şey deyil:

"O Ədliyyə Nazirliyi əslində, Zülmiyyə Nazirliyidir. Bunlar şər-böhtan atdıqlarına, cinayət olmayan əməli cinayət kimi təqdim etdiklərinə görə xalqdan, şəxsən bizim ailədən üzr istəmək əvəzinə, yenə də öz amplualarındadılar. Guya cinayət olub, bunlar da humanizm prinsipini əsas tutub davranıblar. Azərbaycan xalqının, cəmiyyətin iradəsi olmasaydı, siz cinayət işinə xitam verməyəcəkdiniz. Artıq cinayət işi açmışdınız.

Biz sizin simanızı yaxşı tanıyırıq. İç üzünüzü yaxşı bilirik. Necə ikiüzlüsünüz, nə qədər zülmlər eləmisiz… Sadəcə, cəmiyyətin iradəsini görəndən sonra məcburiyyət qarşısında qalıb, "humanizm" tətbiq eləmisiz. Bizə dayaq olanların hər birinə dəstəklərinə görə təşəkkür edirəm. O qədər çoxdular ki, adbaad çəkə bilmirəm. Biz birlikdə çox güclüyük, bu da göründü…"

Qeyd edək ki, oktyabrın 2-də Taleh Bağırzadənin həyat yoldaşı Leyla İsmayılzadənin cinayət işinə xitam verilib.

Penitensiar Xidmətin yaydığı məlumata görə, 21.03.2019-cu il tarixdə Penitensiar xidmətin həbsxanasında cəza çəkən məhkum Bağırov Tale Kamil oğlunun yanına üç azyaşlı övladları ilə birgə qısamüddətli görüşə gəlmiş xanımı, Bakı şəhər sakini İsmayılzadə Leyla Miryaqub qızı tərəfindən gətirilmiş sovqata və əşyalarına baxış keçirilən zaman uşaq çantasının içində oyuncaqların arasından 1 ədəd "Samsung" markalı mobil telefon və bir ədəd danışıq kartı aşkar edilib. L. İsmayılzadə barədə Cinayət Məcəlləsinin 317-1.1-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsi) maddəsi üzrə ittiham verilmişdi.

  • Yazılıb
  • da (də) 2019 Oct 05
  • Göndərən جهان کمالی