Tarix : 2019 Oct 06
Kod 58924

Ermənistan-Azərbaycan sərhədində ATIŞMA – Düşmən əsgəri vuruldu

Azərbaycanla Ermənistan sərhədində atışma baş verib

Ermənistan KİV-nə istinadən xəbər verir ki, ötən gün qeydə alınan atışmaz zamanı Koti kəndi istiqamətində erməni əsgəri yaralanıb.

Hərbi qulluqçu Armen Çaxmaçyan çiynindən yaralanaraq hərbi hospitala yerləşdirilib.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi ötən gün Ermənistan Respublikası İcevan rayonunun Paravakar, Ayqeovit kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Bala Cəfərli kəndində və adsız yüksəkliklərdə, Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Qaralar kəndində yerləşən mövqelərimizin atəşə tutulduğunu bildirmişdi.

Modern.az

  • Yazılıb
  • da (də) 2019 Oct 06
  • Göndərən جهان کمالی