Tarix : 2019 Oct 06
Kod 58925

Türkiyə bu 3 prinsipdən heç vaxt imtina etməyəcək - Çelik

Yeni insan haqları ilə bağlı plan hazırlanacaq. Bu, iqtidar olduğumuz dönəmə damğa vuracaq işlərdən biri olacaq.

Arannews-Axar.az xəbər verir ki, bu açıqlama ilə AKP sözçüsü Ömər Çelik çıxış edib.

"Terrorla mübarizədə 3 prinsipdən heç vaxt imtina edilməyəcək: mübarizə fasiləsiz olaraq davam etdiriləcək, heç bir sahədə boşluq olmayacaq, terrorizmin mənbəyi qurudulacaq", - Çelik qeyd edib.

Çelik məhkəmə ilə bağlı islahatların aparılacağını, məhkəmə proseslərinin vətəndaşların xeyrinə sadələşdiriləcəyini deyib.

  • Yazılıb
  • da (də) 2019 Oct 06
  • Göndərən جهان کمالی