Yeni insan haqları ilə bağlı plan hazırlanacaq. Bu, iqtidar olduğumuz dönəmə damğa vuracaq işlərdən biri olacaq.
Arannews-Axar.az xəbər verir ki, bu açıqlama ilə AKP sözçüsü Ömər Çelik çıxış edib.
"Terrorla mübarizədə 3 prinsipdən heç vaxt imtina edilməyəcək: mübarizə fasiləsiz olaraq davam etdiriləcək, heç bir sahədə boşluq olmayacaq, terrorizmin mənbəyi qurudulacaq", - Çelik qeyd edib.
Çelik məhkəmə ilə bağlı islahatların aparılacağını, məhkəmə proseslərinin vətəndaşların xeyrinə sadələşdiriləcəyini deyib.