Tarix : 2019 Oct 06
Kod 58926

Məhəmmədhüseyn Şəhriyarın oğlunu maşın vurdu - Komadadır

Məhəmmədhüseyn Şəhriyarın oğlunu maşın vurdu - Komadadır

Azərbaycanın görkəmli şairi Məhəmmədhüseyn Şəhriyarın yeganə oğlu Hadi Şəhriyar avtomobil qəzasına uğrayıb.

Bu barədə şair-yazıçı Sayman Aruz bildirib.

Onun sözlərinə görə, hadisə dünən axşam saat 23 radələrində Təbrizin "17 Şəhriver" küçəsində baş verib. H.Şəhriyar küçəni keçmək istəyərkən onu avtomobil vurub.

“Əlimizdə olan məlumata görə, Hadi Şəhriyar koma vəziyyətindədir. Dua edək ki, Şəhriyarın dəyərli yadigarının sağlamlığı bərpa olsun”, - S.Aruz qeyd edib

  • Yazılıb
  • da (də) 2019 Oct 06
  • Göndərən جهان کمالی