Tarix : 2019 Oct 06
Kod 58927

Astara sərhədində Ərbəin xarici zəvvarlarına xidmət göstərilir

Astarada Ərbəin xarici zəvvarlarına xidmət mərkəzinin üzvləri İranın Astara kömrük-keçid məntəqəsinə yollanıblar.

Arannews-Qafqaz Həqiqətləri – Cümə axşamı günortadan sonra Astara fərmandarı, imam cüməsi, dövlət məsullarının iştirakı ilə Ərbəin xarici zəvvarları qarşılama mərasimi keçirilib. Mərasimdə Astara gömrük-keçid məntəqəsindən İrana daxil olan xarici zəvvarlar qarşılanıb.

Mərasim iştirakçıları “Ya Hüseyn” alınbənd hədiyyəsi və “Mən Hüseynin zəvvarının xadimiyəm” şüarı ilə xaricdən gəlmiş zəvvarları qarşılayıblar.

Astara Ərbəin xidmət və mədəniyyət komitəsinin müdiri ilk zəvvar qrupunun İrana daxil olduğu vaxt jurnalistlərə verdiyi açıqlamada deyib: “Hal-hazrıda Azərbaycan Respublikasının Gəncə şəhərindən 100 nəfər zəvvar Astara gömrük-keçid vasitəsilə İrana daxil oldu.”

Cəmşid Məhdəvi bu zəvvar qrupunun yerli məsullar tərəfindən səmimi qarşılanmasına işarə edərək deyib: “Ərbəin yaxınlaşdıqca gələn günlərdə xarici zəvvarların artacağı gözlənilir.”

  1. Məhdəvi bildirib ki, xaricdən gəlmiş zəvvarlar İlam əyalətinin Mehran gömrük-keçid məntəqəsindən keçərək İmam Hüseyn (ə) Ərbəin yürüşündə iştirak edəcəklər.

Ərbəin xidmət və mədəniyyət komitəsinin müdiri Astarada iki mokəbin 120 nəfər fəxri xadimlə Astara gömrük-keçid məntəqəsi yaxınlığında və Astara imamzadələrində xidmət göstərəcəyinə işarə edərək deyib: “Mokəblərdə qarşılama otağı, şəri suallara cavab bölməsi, mərifət çadırı, məcazi ziyarət, mədəniyyət və əl işləri məhsulları, valyuta dəyişmə və namazxana otaqları olacaqdır.”


 

 

 
  • Yazılıb
  • da (də) 2019 Oct 06
  • Göndərən جهان کمالی