Tarix : 2008 Jul 17
Kod 5893

Rayonlarda ərzaq məhsulları paytaxtdakından bahadır

Məsələn, Bakıda pomidor 40, xiyar 60-80 qəpik olduğu halda, Gədəbəydə də bu tərəvəzi elə eyni pula almaq mümkündür
Azerbaijan Servisi/Aran Agentliyi
Paytaxt və rayonlarda ərzaq məhsullarının qiymətlərində ciddi fərq yoxdur. Son vaxtlar mövsümi amillərin təsirindən ərzaq malları ucuzlaşsa da, bəzi rayonlarda qiymətlər yüksək olaraq qalır. Mütəxəssislərin fikrincə, əslində yerli kənd təsərrüfatı məhsulları Bakı ilə müqayisədə rayonlarda ucuz olmalıdır. Amma qiymətlər o qədər də fərqlənmir. Məsələn, Bakıda pomidor 40, xiyar 60-80 qəpik olduğu halda, Gədəbəydə də bu tərəvəzi elə eyni pula almaq mümkündür.

Əsas kartofçuluğun inkişaf etdiyi qərb rayonlarında kartofun kilosu 40 qəpiyə olduğu halda, Bakıda qiymət 30-40 qəpikdir. Satıcıların sözlərinə görə, buna səbəb - xaricdən gətirilən bu növ tərəvəzin Bakıda daha çox satılmasıdır. Soğanın qiyməti isə hər iki yerdə eynidir 40-50 qəpik. Meyvələrə gəlincə, satıcılar bu il meyvənin ötən illə müqayisədə ucuz olduğunu deyirlər. Amma Bakıda meyvələr bundan ucuzdur. Məsələn, şaftalı Bakıda 60-80 qəpik, alma 60 olduğu halda, Gədəbəydə qiymət bundan təxminən 2 dəfə bahadır.


Bostan məhsulları da bu rayonda Bakı ilə müqayisədə bahadır. Satıcılar deyir ki, buna səbəb həmin məhsulların Bakıya daha ucuz daşınmasıdır. Üstəlik, bəzi meyvə-tərəvəz və bostan bitkiləri Gədəbəydə yetişdirilməməsi də qiymətlərdə özünü göstərir. Ət məhsulları isə əksinə, rayonlarda bir qədər ucuzdur. Bakıda mal əti 7, qoyun əti 8 manata olduğu, halda Gəncədə mal əti 6, qoyun əti isə 7 manata satılır.
 
  • Yazılıb
  • da (də) 2008 Jul 17