Tarix : 2008 Jul 17
Kod 5894

RUSİYA: İRANA ƏMƏLİYYAT İNTİHAR OLAR

İrana hər hansı bir əməliyyatı ehtimal verməyən Rusiya baş naziri Vladimir Putinin sözçüsü Vladimir Peskov, bunun "intihar" mənasını verəcəyini söyləyib
Russia Servisi/Aran Agentliyi

"Birlik-Azərbaycan" İnformasiya Agentliyinin "CNN Türk"-ə istinadən verdiyi xəbərə görə, Rusiyanın Türkiyədəki keçmiş səfiri, Rusiya baş naziri Vladimir Putinin sözçüsü Dimitri Peskov, bütün məsələlərə baxmayaraq, Rusiya-Türkiyə əlaqəsinin ümumiyyətlə müsbət olduğunu söyləyib və İrana əməliyyatı qiymətləndirib. CNN Türkdə yayımlanan "Parametre" proqramında Yiğit Bulutun suallarını cavablandıran Vladimir Peskov, İrana istiqamətli hər hansı bir hərbi əməliyyata qarşı olduqlarını söyləyib.

Vladimir Peskov, İrana tətbiq oluna biləcək hər hansı bir əməliyyata ehtimal vermədiyini və bunun "intihar" mənasını verəcəyini ifadə edib.

  • Yazılıb
  • da (də) 2008 Jul 17