Tarix : 2019 Oct 09
Kod 58940

Bu ölkənin vətəndaşları Ümrə ziyarətinə Azərbaycandan gedə bilər

İndoneziyalı turistlərin Azərbaycana cəlb edilməsi üçün onlara təqdim edilən turpaketlər siyahısına Ümrə ziyarət paketlərinin də əlavə edilməsi təklif olunub.

Dövlət Turizm Agentliyindən FaktXeber.com-a verilən məlumata görə, bu barədə oktyabrın 8-də İndoneziyanın Azərbaycandakı səfirliyində Dövlət Turizm Agentliyinin və Xarici İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən videokörpüdə deyilib.

Videokörpüdə indoneziyalı turistlərin Azərbaycan və onun görməli yerləri haqqında daha geniş məlumatlandırılması məqsədilə İndoneziyanın turizm şirkətləri üçün tanışlıq səfərlərinin təşkili də müzakirə olunub. 

Videokörpüdə Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu ilə yanaşı, Azərbaycan Turizm Agentlikləri Assosiasiyası, Azərbaycan Hotellər Assosiasiyası və Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndələri, qarşı tərəfdən isə İndoneziyanın Turizm Nazirliyinin, Dini İşlər və Xarici İşlər Nazirliyinin nümayəndələri iştirak ediblər.

  • Yazılıb
  • da (də) 2019 Oct 09
  • Göndərən جهان کمالی