Bu günlərdə İmam Hüseynin (ə) Ərbəin mərasimi ilə bağlı müqəddəs Nəcəfül-Əşrəf şəhəri dünyanın hər yerindən gələn zəvvarları qəbul edir
Arannews-Deyerler.org Təsnimə istinadən xəbər verir ki, Nəcəfül-Əşrəf şəhərinin rəhbərliyi və İmam Əlinin (ə) mütəhhər hərəmi zəvvarların rahatlığı, istirahəti və qidalanması üçün şəraitlər hazırlayıb. Şəhərə gələn zəvvarlar İmam Əlinin (ə) hərəminə axışdığı üçün hərəmin Fatimeyi-Zəhra (s.ə.) səhni hər il olduğu kimi zəvvarların ixtiyarına verilib.
Bundan başqa, şəhərin küçələrində və İmam Əlinin (ə) hərəminin ətrafında ehsanların paylanılması üçün də şərait yaradılıb. Deyerler.org