Tarix : 2019 Oct 12
Kod 58952

XİN: Azərbaycan Türkiyənin Suriyada keçirdiyi antiterror əməliyyatını dəstəkləyir

Azərbaycan terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir və beynəlxalq ictimaiyyətin terrorizmə qarşı mübarizədə səylərini dəstəkləyir.

Arannews-Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda vurğulanıb. 

"Bu mənada biz əminik ki, Türkiyə hökuməti tərəfindən bəyan edildiyi kimi, Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi “Sülhün mənbəyi” əməliyyatı Suriyanın ərazi bütövlüyü çərçivəsində terror riskinin aradan qaldırılmasına, qaçqınların öz evlərinə qayıtmasına, humanitar problemlərin həll edilməsinə, sülh və sabitliyin təmin edilməsinə xidmət edəcək", - deyə bəyanatda qeyd olunub.

  • Yazılıb
  • da (də) 2019 Oct 12
  • Göndərən جهان کمالی