Tarix : 2019 Oct 12
Kod 58956

Astara keçid məntəqəsi vasitəsilə Ərbəinə gedən zəvvarların sayı açıqlanıb

Dünyanın ən böyük toplantısı - ƏRBƏİN yürüşündə iştirak etmək üçün indiyədək 15 min 500 əcnəbi zəvvar Astara sərhəd-keçid məntəqəsi vasitəsilə İran ərazisinə daxil olub.
Arannews-Astara şəhər üzrə Ərbəin qərargahı elan edib. 
 
Məlumatda bildirilir ki, həmin zəvvarlar 260 avtobus, 30 mikroavtobus və 80 minik avtomobili vasitəsilə sərhəddən keçib.  “Ərbəin zəvvarlarına  İmam Rza (ə) adına xidmət çadırında,  İmamzadə  İbrahim (ə) və İmamzadə Qasim (ə)  ziyarətgahlarında  xidmət göstərilib.”
 
Bildirilir ki, Astara sərhəd-keçid məntəqəsi vasitəsilə Kərbəlaya gedən zəvvarların əksəriyyəti Azərbaycan vətəndaşı, az sayda isə Rusya və Gürcüstan vətəndaşıdır. 
Yaxın günlərdə bu sayın dəfələrlə artacağı gözlənilir. Bu saya Biləsuvar keçid məntəqəsindən keçən zəvvarlar və hava yolu ilə səfər edənlər daxil deyil.  
Hər il İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinin 40 mərasimi - Ərbəin münasibətilə milyonlarla müsəlman Kərbəla şəhərinə piyada yürüş edir.
 
Ötən il 20 milyon insanın bu izdihamlı mərasimdə iştirak etdiyi bildirilir. Bu il Ərbəin miladi təqvim ilə 19 oktybar tarixinə təsadüf edir.
 
Zəvvarlar Nəcəf - Kərbəla istiqamətində olan təxminən 80 km-lik yolu piyada qət edərək ziyarətə gedirlər.

Astara sərhəddində Kərbəla zəvvarları belə qarşılandı

  • Yazılıb
  • da (də) 2019 Oct 12
  • Göndərən جهان کمالی