Tarix : 2008 Jul 17
Kod 5896

İRANIN YENİ SÜRPRİZİ-QARABASMA TƏYYARƏSİ

İran Hava Qüvvələri Komandiri Əhməd Mikani, radara düşməyən qarabasma reaktiv təyyarələrinin ardıcıl istehsalına başladıqlarını söyləyib
Iran Servisi/Aran Agentliyi
"Birlik-Azərnaycan" İnformasiya Agentliyinin "İsra" Xəbər Agentliyinə istinadən xəbər verir ki, İran Hava Qüvvələri Komandiri Əhməd Mikani, İran İslam Respublikasının radara düşməyən qarabasma reaktiv təyyarələrinin ardıcıl istehsalına başladığını söyləyib.
Əhməd Mikani çərşənbə axşamı günü etdiyi şərhdə yeni reaktiv təyyarələrin hava qüvvələrinin döyüş və müdafiə etmə gücünü diqqətə çarpan bir nisbətdə artıracağını söyləyib.

Qeyd edək ki, İran İslam Respublikası bu yaxınlarda, müdafiə sahəsində hərbi gücünü artırmaq üçün "Tez Qarşılıq" adını verdiyi inkişaf etmiş model tank istehsalına başlamışdır. Verilən xəbərə görə, İran ölkəsi eyni zamanda radarların müəyyən bir məsafədə işləməməsi halında istifadə ediləcək olan elektro-optik gizli təqib sistemi də inkişaf etdirmiş vəziyyətddir.

Ordu komandanı Mikani "Hava flotumuzu, radar və mərmi sistemlərimizi son bir neçə il ərzində yeniləmişik və bütün hədələri qarşılamağa hazırıq. İran Hava Qüvvələri öz hakimiyyətini ölkəmizə hava sahəsində təcavüz etməyə cəsarət edəcək hər hansı bir gücü anında əzərək isbat edəcək" deyib.
  • Yazılıb
  • da (də) 2008 Jul 17