Tarix : 2019 Oct 13
Kod 58960

Ayətullah Seyid Həsən Amili: Qarabağ sionist rejim və Amerikanın gediş-gəliş yerinə çevrilib

Ayətullah Seyid Həsən Amili Ərdəbilin bu həftəki cümə namazı xütbələrində deyib: “Qarabağ sionist rejim və Amerika qüvvələrinin əsas gediş-gəliş yerinə, PKK və PEJAK-ın təlim məkanına çevrilib.”

Arannews-Cümə namazı xətibi deyib: “Bu barədə bir neçə mövzuya diqqət etmək lazımdır. Birincisi budur ki, Amerika, Avropa, sionist rejim, Türkiyə və Ərəbistanın transərhəd genişlənməsi vardır. Amerika, Avropa və sionist rejim bizim qulağımızın dibinə gəlib çatıb. Amerika deyir ki, biz regionda indiyədək 7 trilyon dollar xərcləmişik. Halbuki, təhqiqatçılar bu rəqəmin daha yüksək olduğunu bildirir. Bəs biz öz təhlükəsizliyimizi qorumaq üçün niyə qafil olmalıyıq?”

Həzrət Ayətullah Amili vurğulayıb: “Bizim Azərbaycanla bütün sərhədimizdə sionist rejimin hüzuru vardır. Nətənz səmasında vurulan sionist rejim dronunun Lənkərandan qalxmasını unutmamışıq. Ayda bir dəfə sionist rejimin böyük adamları Lənkərana gəlir və lazım olan göstərişləri verir. Məhərrəm ayında ən ağır təzyiqlər Lənkərana qarşı olur. Lənkəran mədəniyyət və əzadarlıq baxımından İranın şəhərləri kimidir, əzadarlıqda iştirak edən çadralı qadınların çoxluğu heyrətli idi və bir parad kimi görünürdü. Buna görə də Azərbaycan Respublikasında ən çox təzyiqlər Lənkərana qarşı olur.”

Vəliyyi-fəqihin Ərdəbil əyalətindəki nümayəndəsi deyib: “Kürdüstan Regional Hökuməti sionistlər, amerikalılar və avropalılarla doludur. Referendum məsələsi də onların işi idi, lakin uğursuzluqla nəticələndi. Qarabağ məntəqəsi sionist rejim və amerikalı qüvvələrin gediş-gəliş yerinə və PKK və PEJAK-ın təlim məkanına çevrilib.”

  • Yazılıb
  • da (də) 2019 Oct 13
  • Göndərən جهان کمالی