Tarix : 2019 Oct 14
Kod 58965

Ərbəin yürüşündə zəvvarlara 21 ölkədən mokib xidmət göstərir

Cari ildə Ərbəin yürüşü mərasimində dünyanın 21 ölkəsi tərəfindən 10 min 700 mokib və xidmət qrupu xidmət göstərir.
Arannews-iQNA-a istinadla xəbər verir ki, bunu  İmam Hüseyn (ə) və Həzrət Abbasın (ə) hərəmləri nəzdində fəaliyyət göstərən "İraq və dünyanın Ərbəin (ə) heyətləri və mokibləri idarəsi"nin rəisi Riyaz Nemət Salman deyib. 
O bildirib ki, idarəmiz və dövlət orqanları zəvvarların rahat ziyarət etməsi, piyada yürüşü və istirahəti üçün yollarda xüsusi yerlər hazırlanmasında dəstək olub.  “Əzadarlıq heyətlərinin İmam Hüseynin (ə) hərəminə girməsi üçün xüsusi zaman və saatlar təyin edilib və heyətlər öncədən qeydiyyatdan keçərək razılaşdırılmış saatda ziyarət üçün hərəmə daxil olacaqlar.”
Hər il İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinin 40 mərasimi - Ərbəin münasibətilə milyonlarla müsəlman Kərbəla şəhərinə piyada yürüş edir.
Ötən il 20 milyon insanın bu izdihamlı mərasimdə iştirak etdiyi bildirilir. Bu il Ərbəin miladi təqvim ilə 19 oktybar tarixinə təsadüf edir.
 
Zəvvarlar Nəcəf - Kərbəla istiqamətində olan təxminən 80 km-lik yolu piyada qət edərək ziyarətə gedirlə
  • Yazılıb
  • da (də) 2019 Oct 14
  • Göndərən جهان کمالی