Tarix : 2019 Oct 14
Kod 58967

Azərbaycan-Türkiyə-Gürcüstan XİN başçılarının görüşü təxirə salınıb

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirilərinin oktyabrın 16-da Tbilisidə keçirilməsi planlaşdırılan səkkizinci üçtərəfli görüşü təxirə salınıb.

Arannews-Bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib.

Məlumata əsasən, müvafiq qərar Türkiyənin müraciəti əsasında qəbul edilib.

Görüşün keçiriləcəyi yeni tarix hələlik məlum deyil.

Qeyd edək ki, Azərbaycan-Gürcüstan-Türkiyə formatında XİN başçılarının son yeddinci üçtərəfli görüşü ötən ilin oktyabrın 29-da İstanbul şəhərində keçirilib.

Üçtərəfli formatda ilk görüş 2012-ci ildə Türkiyənin Trabzon şəhərində baş tutub.(Report)

  • Yazılıb
  • da (də) 2019 Oct 14
  • Göndərən جهان کمالی