Türkiyə Prezidenti R.T.Ərdoğan Suriya ərazisində yaradılacaq təhlükəsiz bölgənin eni və uzunu haqqında açıqlama verib.
Anadoluya istinadən xəbər verir ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII zirvə toplantısında çıxış edən Türkiyə prezidenti R.T.Ərdoğan, Suriyadakı hərbi əməliyyatdan danışıb.
Təhlükəsizlik bölgə haqqında planından danışan Ərdoğan, “Qərbdən şərqə 444 və şimaldan cənuba 32 kilometr uzunluğundakı təhlükəsiz bir bölgənin yaradılması elan edirik” deyərək Türkiyədə olan suriyalı qaçqınların bu əraziyə köçürüləcəyini bildirib.
Ölkəsində 4 milyion qaçqının olduğunu deyən Ərdoğan, indiyə kimi qaçqınlaya 40 milyard dolların xərcləndiyini bildirib.