Tarix : 2019 Oct 16
Kod 58974

ƏRBƏİN yollarında uşaqlar üçün Quran dayanacaqları

İmam Hüseynin (ə) ƏRBƏİN ziyarəti günlərində zəvvarların Kərbəlaya piyada getdiyi istiqamətlərdə yollarda Quran dayanacaqları da fəaliyyət göstərir.

Arannews-Deyerler.org-un İQNA-ya istinadən verdiyi xəbərə görə, İmam Hüseynin (ə) hərəminin nəzdində fəaliyyət göstərən "Darul-Quranil-Kərim"in idarəsinin Ziqar əyaləti üzər nümayəndəliyi ƏRBƏİN zəvvarlarının yolunda uşaqlar üçün xüsusi Quran dayancaqları yaradıblar.

Bu dayancaqlarda uşaqların Quran qiraəti düzəldilir və həmçinin uşaq və yeniyetmələr Quran oxumağa təşviq edilirlər.

Bundan əlavə həmin dayacaqlarda İmam Hüseynin (ə) hədəfləri və O həzrətin (ə) Quranla münasibəti barədə uşaqlara bəzi məfhumlar öyrədilir, uşaqlar arasında yarışlar keçirilir və onlara hədiyyələr verilir

  • Yazılıb
  • da (də) 2019 Oct 16
  • Göndərən جهان کمالی