Tarix : 2019 Oct 20
Kod 58979

Putinin həzrət Ayətullah Xameneiyə fərqli hədiyyəsi

Təhlilçilər Putinin həzrət Ayətullah Xameneiyə unikal Quran nüsxəsi gətirməsini rusların İranın nəzərində tutduğu İslamı həqiqi İslam hesab etmələrinin əlaməti kimi dəyərləndirirlər.
AranNews – Rusiya prezidenti Vladimr Putin Ərəbistana səfərində kral Salmana ov quşu növündən olan qızılquş hədiyyə etdi. Kamçatka növündən olan ov quşu xüsusi olaraq seçilmişdir və zahiri baxımdan Rusiyanın ən gözəl tərlanlarından hesab olunur. Ruslar onu daha çox Alfa adlandırırlar. Digər quşları ovlamaq bu quşun xüsusi özəlliklərindəndir. Onun hədiyyə olaraq seçilməsi bir neçə həftə bundan əvvəl dronların Aramco neft təsisatına hücumu ilə də ilgili ola bilər.
 
Putinin Bəhreyn kralına hədiyyəsi
Putinin Həməd ibn İsaya verdiyi “Hacıbəy” ləqəbli atın 3 yaşı vardır. Bu at bir neçə yarışın da qalibi olmuşdur.
 
Putinin Qətər əmirinə hədiyyəsi
Qətər əmiri Putin ilə görüşündə ondan şahin hədiyyə aldı. Şahin kimi ov quşlarının bəslənməsi və tərbiyəsi Fars körfəzinin cənub ölkələrinin, o cümlədən Qətər əhalisinin əyləncəsi sayılır.
 
Putinin həzrət Ayətullah Xameneiyə hədiyyəsi
Putinin Tehrana səfəri zamanı həzrət Ayətullah Xameneiyə verdiyi hədiyyə bütün hədiyyələrdən mahiyyətcə fərqli idi. Bir sıra təhlilçilər Putinin həzrət Ayətullah Xameneiyə unikal Quran nüsxəsi gətirməsini rusların İranın nəzərində tutduğu İslamı, həqiqi İslam hesab etmələrinin əlaməti kimi dəyərləndirirlər.
Belə görürür ki, Rusiya prezidenti ölkə başçılarına hədiyyə verməkdə “İnsanlarla onların ağılları səviyyəsində danış” prinsipinə çox yaxşı riayət etmiş, hər kəslə onun öz ağıl, bilik və qabiliyyəti ölçüsündə rəftar etmişdir. Çünki ərəb ölkələri rəhbərlərinin çoxunun zehni əyləncədən yuxarı qalxmır.
Digər tərəfdən Putinin Ayətullah Xameneinin hüzurunda ədəblə əyləşməsi və bunun Putinin digər görüşlərindən çox fərqli olması mediaların diqqətini özünə cəlb etdi və bu haqda bir sıra təhlillər olundu.
 
  • Yazılıb
  • da (də) 2019 Oct 20
  • Göndərən جهان کمالی