Tarix : 2019 Oct 21
Kod 58984

Azərbaycan Respublikası zəvvarlarının Kərbəladan qayıtması münasibətilə

Salam olsun Günəş Ərbəini səfərindən qayıtmaqda olan Azərbaycan Respublikası zəvvarlarına

Azərbaycan Respublikasının məzlum və sevimli şiələri hər il və hər il İmam Hüseyni (ə) yad edərək ya Əli deyib, Fatimə Zəhra (ə) oğlunun tamamlamadığı həcc yoluna qədəm qoyur, sakit və nigəran yağış damlaları kimi Kərbəla səhrasına yağırlar. Bu səfərdə İran Azərbaycan Respublikası zəvvralarının ötüb keçdiyi bir körpüdür. Yollarımız və şəhərlərimiz hər il intizarda olurlar ki, eşq şəhərinin müsafirləri öz ətirləri ilə küçələrimizi ətirləndirsinlər, Hüseynlə (ə) beyəti təzələdikdən və həzrət Abbasla (ə) vəfa dərsini bir daha məşq etdikdən sonra kərbəlayi olaraq qayıtsınlar.
AranNews – Azərbaycan Respublikası şiələri hər il sakit və nigəran yağış damlaları kimi Kərbəla səhrasına yağaraq 1400 ildən sonra da İmam Hüseynin (ə) “bir kömək edən varmı” nidasına ləbbeyk deyirlər. Az adam tapılar ki, Azərbaycan Respublikasından olan aşiq və hüseynçi müsafirlərin Ərbəin yürüşündə iştirakının mənasını, başqa sözlə Ərbəin mədəniyyətini başa düşsün.
Azərbaycan Respublikasının məzlum və sevimli şiələri hər il və hər il İmam Hüseyni (ə) yad edərək ya Əli deyib, Fatimə Zəhra (ə) oğlunun tamamlamadığı həcc yoluna qədəm qoyurlar.
İslam maarifi Qafqazın azəri şiələri üçün dünyanın digər yerləri ilə müqayisədə təzədir. Kommunizmin Qafqazın bu məntəqəsində müsəlman cəmiyyəti üzərində 70 illik hakimiyyəti əsasən azəri olan dünyanın şimal yarımkürəsinin şiələrinə islami kitablara, zəngin islami mənbələrə əlçatmaz etdi. Bu məntəqənin aşuraçı kişi və qadınları gizlində və sinədən sinəyə ötürməklə İslam Peyğəmbərinə (s) və onun məsum imamlara (ə) sevgi və mərifət çıxırağını sönməyə qoymadılar.
Yaşasın ürəyi sevgilə dolu və aşiq xalq! Qeyrətlə bu günə kimi İslama bağlı qaldılar və çətinliklərə sinə gərdilər. İmam Hüseyn (ə) Ərbəininin şah əsəri və möcüzəsi haqsevərlərin batil qarşısında müqavimətinin qələbəsini onlara müjdə verir.
Qürbət və sükut içində İranın intizarlı küçələrindən tələsik keçib gedən, Hüseyn (ə) Ərbəini dənizində 100 illik qürbəti öz şərafətli bədənlərindən yuyan ayaqlara qibtə edirəm. Azərbaycan Respublikası şiələri illər öncə min-min piyada Kərbəlaya gedirdilər və bu il 20 min hüseynçi müştaq və riyasız zəvvar kərbəlayi oldu.
Bəli, İran azərbaycanlı Ərbəin müsafirlərinin müqəddəs ayaqlarının ötüb keçməsi üçün körpü olmuşdur. Küçə və şəhərlərimiz hər il intizardadırlar ki, eşq şəhərinin müsafirləri öz ətirləri ilə küçələrimizi ətirləndirsinlər, İmam Hüseynlə (ə) beyətini təzələdikdən və həzrət Abbasla (ə) vəfa dərsini məşq etdikdən sonra kərbəlayi olub qayıtsınlar. Siz aşiq camaatın Kərdəladan ayrılması çətindir, bizlərin də siz kərbəlayilərdən ayrılması çətindir. Qayıdın, ayaqlarınız gözlərimiz üstə. Ardınızca öz adət-ənənənizlə su səpirik ki, sağ-salamat öz vətəniniz Azərbaycana qayıdasınız, İranın salamını öz şəhidlərinizə, qocalarınıza, cavanlarınıza və uşaqlarınıza çatdırın. Bizim salamımızı İslam torpağından aralı düşmüş mehriban və qəhrəman Qarabağ diyarına çatdırın, nəsimə deyin ki, İranın dilavər müsəlmanları sizin dövlət adamlarınızın qərbin hiyləgərliyini buraxıb, birlik və həmrəylik üçün İran, İraq və Livanın hüseynçilərini səsləməsini gözləyirlər.
İnşallah, bir gün Bakı, Gəncə, Quba, Naxçıvan və Qarabağda qonağınız olaq, bir-birimizin çiyninə əl qoyaq və İmam Hüseynə (ə) ağlayaq. Bugün İran Fars körfəzindən Xəzər dənizinə kimi şəhər-şəhər sizin hüzurunuzun müştaqıdır, sizin gəlişinizlə gözlərimiz işıqlandı, şəhərlərimiz Kərbəla ətri aldı və indi getməyə məcbur olduğunuz vaxt gözlərimiz yolunuzda qalır ki, gələn Ərbəində yenə ayaqlarınızı gözlərimiz üstə qoyasınız.
Əziz qardaşlar və şərafətli bacılar! Allah amanında qalın, ata-ananızın, övladlarınızın gözləri sizin yolunuzdadır. İnşallah, Fatimə (ə) övladı Məhdinin (əc) zühuru ilə çiyin-çiyinə həzrətin gözü önündə bütün aləmdə küfr və zülmün aradan qalxmasının şahidi olaq.

 
  • Yazılıb
  • da (də) 2019 Oct 21
  • Göndərən امیر ثابت