Tarix : 2019 Oct 21
Kod 58986

Bakının mərkəzində “şiddətə son” şüarı ilə aksiya keçirilib

Oktyabrın 20-də Bakının mərkəzində, Natavanın heykəli önündə “şiddətə son”, “ şiddətə dözmə” kimi şüarlarla aksiya keçirilib.

Arannews-Oktyabrın 20-də Bakının mərkəzində, Natavanın heykəli önündə “şiddətə son”, “ şiddətə dözmə” kimi şüarlarla aksiya keçirilib.

Əllərində müxtəlif şüarlar yazılşmış plakatlar olan aksiya iştirakçıları qadınlara şiddətin əleyhinə olduqlarını bildiriblər. Aksiya yerinə polislər gəlib. Onlar aksiya iştirakçılarının əlində olan plakatları alaraq cırıblar. Aksiya iştirakçılarından saxlanıb, aparılanlar da olub.Aksyadan əvvəl yayılan bəyanatda qeyd edilir ki, onlar Azərbaycanda baş verən, son dövrlərdə daha da intensiv hal alan qadın qətllərinə, məişət zorakılıqlarına, psixoloji və fiziki zorakılıqlara etiraz edirlər.

“Biz təhsildən məhrum edilən, zorla evləndirilən, əməyi istismar olunan, intihara sürüklənən qadınların və gənc qızların haqları uğrunda hərəkətə keçirik.”, deyə bəyanatda bildirilir.

Bəyanatda habelə yazılıb ki, qadınları ikinci dərəcəli varlıq olaraq görən, onların bərabərsizliyini və istismarını bəsləyən patriarxal dəyərlər hüquq-mühafizə sistemində, digər dövlət strukturlarında da hakimdir.

“Tələb edirik ki, İstanbul Konvensiyası kimi tanınan “Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında Avropa Şurası Konvensiyası” imzalansın...”, bəyanatda yazılıb.

 

Bakının mərkəzində “şiddətə son” şüarı ilə aksiya keçirilib
  • Yazılıb
  • da (də) 2019 Oct 21
  • Göndərən امیر ثابت