Tarix : 2019 Oct 24
Kod 58988

AXCP fəallarının apellyasiya şikayəti təmin edilmədi

AXCP fəallarının apellyasiya şikayəti təmin edilmədi
Oktyabrın 23-də Bakı Apellyasiya Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə AXCP üzvlərindən Nicat Nizamovun, hakim Həsən Əhmədovun sədrliyi ilə Saqif Qurbanovun apellyasiya şikayətinə baxılıb. Məhkəmə prosesində hər iki təqsirləndirilən şəxs və onların hüquqlarını müdafiə edən vəkil Cavad Cavadov da iştirak ediblər. Müdafiə tərəfin gətirdiyi əsaslara baxmayaraq məhkəmə apellyasiya şikayətinin təmin edilmədiyini elan edib.
Qeyd edək ki, AXCP Gənclər Komitəsinin Rəyasət Heyətinin üzvü Nicat Nizamov oktyabrın 15-də saxlanılıb və 535.1-ci maddə ilə 15 gün müddətinə həbs edilib. AXCP-nin Rəyasət Heyətinin üzvü Saqif Qurbanov da oktyabrın 14-də saxlanılıb və növbəti gün İXM-nin 535.1-ci maddəsi ilə 30 gün müddətinə həbs edilib.
  • Yazılıb
  • da (də) 2019 Oct 24
  • Göndərən جهان کمالی