Tarix : 2019 Oct 25
Kod 58991

Dünya liderləri Bakıya toplanıb - Qoşulmama Hərakatı

Bakıda Qoşulmama Hərəkatına (QH) üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü keçiriləcək.

 Arannews-Xəbər verir ki, bu müstəqillik dövründə Azərbaycanda keçirilən ən böyük beynəlxalq siyasi tədbirlərdən biri olacaq. Oktyabrın 25-26-da keçiriləcək zirvə görüşü "Bandunq Prinsiplərini rəhbər tutmaqla müasir dünyanın çağırışlarına birgə və adekvat cavab verilməsini təmin etmək” mövzusuna həsr olunacaq.

Zirvə Görüşünə ümumilikdə 60-a yaxın ölkənin dövlət və hökumət başçısı, həmçinin beynəlxalq təşkilatların rəhbərləri iştirak edəcək. Tədbirin işıqlandırılması üçün 246 jurnalist akkreditasiyadan keçib.

Xatırladaq ki, bir sıra dövlətlərin soyuq müharibə dövründə iki siyasi-hərbi qütb arasında qarşıdurmaya cəlb edilməmələri üçün 1961-ci ildə təsis etdiyi QH qısa müddət ərzində beynəlxalq sülh, təhlükəsizlik və inkişafa dair məsələlərin müzakirə edildiyi mühüm beynəlxalq foruma çevrilib. Hərəkat daxilində razılaşdırılmış mövqe BMT Baş Assambleyası çərçivəsində qərarların qəbuluna təsir baxımından əhəmiyyətli rol oynayır. Xüsusən BMT-nin islahatı üzrə illərdən bəri aparılan proseslərdə irəliləyişin əldə olunmaması alternativ format kimi Qoşulmama Hərəkatının beynəlxalq önəmini daha da artırıb. Bu baxımdan, "Soyuq müharibə”nin başa çatmasına baxmayaraq hərəkat öz aktuallığını qoruyub saxlayıb və sıralarını daha da genişləndirib.

QH üzvlərinin sayına görə BMT-dən sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisatdır. Hazırda onun sıralarında 120 dövlət birləşib. Daha 17 dövlət və 10 beynəlxalq təşkilat isə müşahidəçi statusunda hərəkatda təmsil olunur. Bu fakt QH-nın müasir beynəlxalq münasibətlərin tənzimlənməsində iştirak edən bir mühüm çoxtərəfli platforma olmasını göstərir. Eyni zamanda bu qədər çox sayda üzv dövlətin təmsil olunması təsdiq edir ki, əsas məqsədi beynəlxalq hüquqa hörmət əsasında dünyada sülh, təhlükəsizlik və inkişafa yardım etmək olan QH konkret tarixi kontekstdə yaranmasına baxmayaraq, müasir dünyada da öz aktuallığını itirməyib və bu qurum beynəlxalq münasibətlərin tənzimlənməsində iştirak edən mühüm çoxtərəfli mexanizmlərdən biridir.

Digər təşkilatlarla müqayisədə Azərbaycanın Qoşulmama Hərəkatındakı üzvlüyü nisbətən yenidir. Belə ki, respublikamız Qoşulmama Hərəkatına 2011-ci ildə tamhüquqlu üzv olmaq qərarını verib.modern.az

  • Yazılıb
  • da (də) 2019 Oct 25
  • Göndərən جهان کمالی