Tarix : 2019 Oct 26
Kod 58996

Azərbaycan Respublikasında vətəndaş cəmiyyətinin tənəzzülü

Bu həftə Əli Kərimlinin Bakı şəhərinin mərkəzidə baş tutan dinc aksiya yerinə tərəf hərəkətinin başlamasından çox keçməmişdi ki, polis onu həbs etdi. Əli Kərimli Xalq Cəbhəsi Partiyasının, yəni Azərbaycan Respublikasında əsas müxalifət partiyasının sədridir.

Arannews-Onun həbsi ilə daha 80 nəfər aksiya iştirakçısı saxlanıldı. İnsan Haqları Təşkilatının (Human Rights Watch) sözlərinə görə, polis məmurları bu etirazçıları “bərk döyərək” zor gücünə polis avtobuslarının daxilinə salmışdır. Polis Əli Kərimlini saxladıqdan və dindirdikdən sonra azad etdikdə, onun başında bir neçə tikiş yeri var idi və üzü bir neçə yerdən göyərmişdi. Saxlanılanların çoxunun taleyi barədə heç bir məlumat verilmir.

Üç gün bundan əvvəl baş tutmuş bu aksiya müxalifət qruplarını özündən toplamış Azərbaycan Respublikası Demokratik Qüvvələrin Milli Şurası tərəfindən təşkil olundu və aksiyada iştirak edənlər siyasi məhbusların azadlığını, işıq və qazın qiymətinin azaldılmasını tələb edirdi.

İlham Əliyev 2003-cü ildən Azərbaycan Respublikasında hakimiyyətə gəlmişdir. O, həmin il atasının canişini kimi təyin edildi. Qərb ölkələri, əsasən Avropanın neft və qazının təminində Bakını Moskvaya əvəzedici gördükləri üçün bu dövlətə etiraz etmədilər, lakin Avropanın insan haqları təşkilat və qrupları daim Əliyevi müxalifətə qarşı şiddətdə ittiham edirlər. Əlbəttə, Bakı bunu inkar edir.

10 milyon nəfərlik bu ölkə neft və qaz resurslarına malik olmasına baxmayaraq həmişə əhalinin əsas məhsulların qiymətinin artmasına etirazının şahidi olmuşdur.

Lakin insan haqları təşkilatlarının bildirdiyinə görə, Azərbaycan Respublikasında təkcə iqtisadi vəziyyətə etiraz deyil, hətta hər növ etiraz şiddətlə qarşılaşır. Onlar nümunə olaraq üç gün bundan əvvəl baş tutan aksiyada çoxu qadınlardan ibarət olan və ailə zorakılığına etiraz edən 50-60 nəfər etirazçının saxlanmasına işarə edir, polisin onlara qarşı şiddət göstərməsini, aksiyanı məcburi şəkildə dağıtdıqlarını vurğulayırlar.

İlham Əliyev ötən illərdə Azərbaycan Respublikasında vətəndaş cəmiyyətini sistematik şəkildə aradan aparmağı öz işinin sərlövhəsi etmişdir. Bu ölkədə çoxlu sayda mədəni fəal, jurnalist və insan haqları müdafiəçisi həbsxana barmaqlıqları arxasındadır və müstəqil medialar dayandırılmışdır.

Vəziyyət, əsasən də son altı ildən bu tərəfə ağırlaşıb. Altı il bundan əvvəl seçkilərdən və İlham Əliyevin prezidentlik kürsüsündə qalmasından sonra Azərbaycan Respublikası Parlamenti xalq təşkilatları ilə bağlı bir neçə qanunda dəyişiklik etdi və qeyri-hökumət qurumları üçün dairəni daraltdı.

O vaxta kimi qeyri-hökumət təşkilatları beynəlxalq təşkilatlar və dəstəkçilərdən maliyyə yardımları ala bilirdilər, lakin yeni qanun buna mane oldu. Sözügedən dəyişiklik bais oldu ki, 2015-ci ildən sonra 50-dən çox beynəlxalq təşkilat Azərbaycan Respublikasında öz ofislətini tətil etsin və bu ölkədən çıxmağa məcbur olsun.

Bundan sonra ötən bir neçə ildə QHT-lərin fəaliyyətini məhdudlaşdıracaq daha 20 düzəliş qəbul edildi, xalq təşkilatları nümayəndələri və insan haqları müdafiəçilərinə qarşı geniş həbslər başladı.

20-dən çox QHT üçün cinayət işinin açılması, onlara qarşı ağır maliyyə cəzaları, bank hesablarının dondurulması Azərbaycan dövlətinin digər addımları olmuşdur.

İnsan haqları müdafiəçiləri və jurnalistlərin ölkədən xaricə çıxması qadağan edilmiş, yaxud sərhədi keçərkən təhqiramiz dindirilməyə məruz qalırlar. 2014-2015-ci illərdə Azərbaycan Respublikasının vətəndaş cəmiyyətinin 10-dan çox fəali və 26 jurnalistinə ölkədən çıxış üçün qadağa qoyulmuşdur və müstəqil qeyri-hökumət təşkilatlarının çoxlu indiyə kimi bir növ əzab və işgəncəyə dözdüklərini deyirlər.

Bakıda yerləşən Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanovun sözlərinə görə, hal-hazırda Azərbaycan Respublikasının vətəndaş cəmiyyəti iflic olub və artıq xalqla əlaqə yaratmaq üçün cəmiyyətin ümumi səhnəsindən istifadə etməyə qadir deyildir. Bu ölkənin mədəni fəallarının fəaliyyəti üçün qalan yol yalnız sosial şəbəkələr və girişinə qadağa qoyulmuş vebsaytlardır.

Akif Qurbanov əlavə edib ki, bununla belə hələ də təslim olmayan fəallar vardır və onlar az mənbə ilə ayaq üstə qalmağa təlaş edirlər.

  • Yazılıb
  • da (də) 2019 Oct 26
  • Göndərən جهان کمالی