Tarix : 2019 Oct 26
Kod 58998

Ərdoğan-Putin anlaşması: Hər kəsin qazandığı razılaşma

Rusiya və Türkiyə liderlərinin Soçidə Suriyanın şimalı ilə bağlı imzaladığı razılaşma diplomatiyada bütün tərəflərin qazandığı bənzərsiz durumdur.

Arannews-Bu sözləri rusiyalı siyasi ekspert Nikolay Starikov “Zvezda” telekanalına açıqlamasında deyib.

“Kürdlər varlığını davam etdirir, müharibəsiz yaşamaq imkanı qazanırlar. Suriya hökuməti demək olar ki, ölkənin bütün əraziləri üzərində hakimiyyətini təmin etmiş olur. Türkiyə təhlükəsiz zona əldə edir ki, buradan heç kim bu ölkəyə hücum etməyəcək. Rusiya da beynəlxalq arenada nüfuzunu artırır. Yəni, hər kəs qazanır”, - deyə ekspert bildirib. (Axar.az)

  • Yazılıb
  • da (də) 2019 Oct 26
  • Göndərən جهان کمالی