Tarix : 2019 Oct 27
Kod 58999

Milyonlarla zəvvar Məşhəd şəhərinə doğru üz tutub – Şəhadət günləri yaxınlaşır

Bu il əziz İslam peyğəmbərinin, İmam Həsən və İmam Rza (ə)ın şəhadət günləri ilə əlaqədar milyonlarla insan müqəddəs şəhərə üz tutub.

Arannews-Iran mənbələrinin məlumatlara görə bu il səfər ayının son günləri üşün Məşhəd şəhəri 8 milyon zəvvarın gəlişini gözləyir.

Mənbənin bildirdiyinə görə artıq ölkənin müxtəlif bölgələrindən, o cümlədən xarici ölkələrdən böyük sayda zəvvar izdihamı Məşəd şəhərinə gəlməkdə davam edir. Təkcə ölkənin şərqindən 700 min zəvvarın müqəddəs şəhərə doğru piyada yola düşdüyü bildirilir.

Həmçinin Rəzəvi Məscidinin hesabatına görə zəvvarlar üşün 2500 moukəb (müvvəqəti istirahət ev) və yemək ləvazimatı hazırlanıb. Həmçinin zəvvarlara təqdim etmək üçün nübuvvət və imamət mövzusundə  müxtəlif dillərdə yarım milyon nüsxədə kitablar hazırlanıb.

Xatırladaq ki, səfər ayının 28-i (27 oktyabır) İslam peyğəmbərinin (s) və İmam Həsən (ə)-ın, 30 səfər isə İmam Rza (ə)-ın şəhadət günləridir.


 

 

 
 
 
  • Yazılıb
  • da (də) 2019 Oct 27
  • Göndərən جهان کمالی