İmam Rzanın (ə) müsibətli şəhadətinin növbəti ildönümü münasibəti ilə əlaqədar o Həzrətin (ə) Məşhəddə mübarək hərəmini 2 milyon 873 min 254 zəvvar ziyarət edib.
“Arannews-iribnews”a istinadla xəbər verir ki, bunu ötən gün Xorasan Rəzəvi əyalət başçısının zəvvarla xidmət üzrə müavini Məhəmməd Sadiq Bərati deyib.
Onun sözlərinə görə, 202 mindən çox zəvvar Məşhədə piyada, 114 min nəfər isə hava nəqliyyatı ilə gəlib. “Zəvvarların sayı ötən illə müqayisədə 4 faiz artıb. İmam Rzanın (ə) şəhadət gününə qədər 500 mindən çox zəvvarın Məşhədə piyada gələcəyi təxmin edilir”.
Qeyd edək ki, Məşhədi ziyarət edən zəvvarlar əsasən İranın müxtəlif əyalətlərindən, habelə İraq, Azərbaycan, Pakistan, Əfqanıstan, Fars Körfəzi ölkələrindən gəlib.