Tarix : 2019 Oct 30
Kod 59009

Ərdoğandan sensasion addım: 48 ədəd Su-35...

Türkiyə və Rusiya arasında yaxın vaxtlarda Su-35 qırıcılarının satışı ilə bağlı müqavilə imzalanması ehtimalı çox yüksəkdir.

Arannews-Axar.az xəbər verir ki, bu barədə “Yeni Akit” nəşri adı açıqlamayan türk rəsmiyə istinadən yazıb.

“Görüşlər olduqca yetkin xarakter alıb. Anlaşma çox uzaq görünmür”, - nəşrə danışan mənbə bildirib.

Türkiyəli rəsmi müzakirə prosesində son rəqəmlərin dəyişəcəyini istisna etməsə də, hazırda Türkiyənin 48 ədəd Su-35 təyyarəsi almaq niyyətində olduğunu ifadə edib. Nəşrə danışan başqa bir türk rəsmisi isə Rusiyanın Su-35-lər üçün Ankaraya münasib bir qiymət təklif edəcəyini bildirib.

Qeyd edək ki, Türkiyənin “Deyli Sabah” nəşri də bir neçə gün bundan əvvəl rəsmi Ankara və Moskvanın 36 ədəd Su-35 qırıcısının təchizatı barədə razılaşmaya baxa biləcəyini yazmışdı.

  • Yazılıb
  • da (də) 2019 Oct 30
  • Göndərən جهان کمالی