Arannews-Rakurs.tv xəbər verir ki, bu barədə məlumat sosial şəbəkədə yayılıb.
Bildirilir ki, bu gün axşam saatlarında tanınmış hüquq müdafiəçisi Oqtay Gülalıyevi yol keçərkən avtomobil vurub. Gülalıyev ağır xəsarət almasa da, 1 saylı Təcili Tibbi yardım mərkəzinə yerləşdirilib və müayinədən keçirilib.
Qəzanı 90-PZ-543 dövlət nömrə nişanlı, "Hyundai" markalı avtomobilin sürücüsü törədib. Sürücü hadisədən dərhal sonra Gülalıyevi xəstəxanaya çatdırıb.