Tarix : 2019 Oct 30
Kod 59014

AXCP fəalı məhkəmə binasının qarşısında saxlanılıb

Bakı Apelyasiya Məhkəməsinin binasının qarşısında AXCP fəalı Emin Manıyev saxlanılıb.
Arannews-informasiya Agentliyinin məlumatına əsasən, hadisə oktyabrın 29-u saat 11:30 radələrində baş verib.
Emin Manıyevi mülki geyimli şəxslər saxlayıblar.
"Facebook” sosial şəbəkəsində Emin Manıyevin saxlanılmasını əks etdirən video da paylaşılıb.
Demokratik Qüvvələrin Milli Şurası noyabrın 2-də mitinq keçirmək barədə qərar qəbul edib. Mitinq üçün Bakı Şəhər İcra Hakimiyyətinə iki yer – metronun "28 may” stansiyasının qarşısı və "Məhsul” stadionu təklif edilib.
AXCP hesab edir ki, fəalın həbsi sifarişlidir və mitinqlə bağlıdır. Rəsmi qurumlar E.Manıyevin saxlanması ilə bağlı hələ məlumat yaymayıblar.
  • Yazılıb
  • da (də) 2019 Oct 30
  • Göndərən جهان کمالی