Tarix : 2019 Oct 31
Kod 59018

Bakıda MDB Müdafiə Nazirləri Şurasının iclası başlayıb

Bakıda Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin Müdafiə Nazirləri Şurasının iclası başlayıb.

Arannews-iclasda Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Rusiyanın Müdafiə naziri ordu generalı Sergey Şoyqu, Belarusun Müdafiə naziri general-leytenant Andrey Ravkov, Qazaxıstanın Müdafiə naziri general-mayor Nurlan Yermekbayev, Özbəkistanın Müdafiə naziri general-mayor Bahodir Qurbanov, Tacikistanın Müdafiə naziri general-polkovnik Mirzo Şerali, Qırğız Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Rayimberdi Duyşenbiyev, həmçinin MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev iştirak edirlər.

Toplantı zamanı Şura üzvləri MDB ölkələrinin 2025-ci ilədək hərbi əməkdaşlıq Konsepsiyalarını və MDB üzvü olan dövlətlərin Müdafiə nazirliklərinin 2025-ci ilədək radiasiya, kimyəvi və bioloji vəziyyətə dair birgə monitorinq və qiymətləndirmə sisteminin hazırlanmasına dair əsas istiqamətləri nəzərdən keçirəcək.

İclasda "Beynəlxalq Ordu Oyunları-2019"un yekunları müzakirə olunacaq, Birlik ölkələrinin silahlı qüvvələri üçün zabit kadrlarının hazırlanması, "Elmə başlanğıc" İnnovativ Elmi İdeyalar Beynəlxalq Festivalının keçirilməsi və 2-ci Dünya müharibəsində qələbənin 75 illiyinin qeyd olunmasına hazırlıq məsələləri nəzərdən keçiriləcək.

Eyni zamanda Birlik ölkələrinin 2019-cu ildə hərbi əməkdaşlığının inkişafının nəticələrinin yekunları müzakirə ediləcək və MDB Müdafiə Nazirləri Şurasının 2020-ci il üçün İş Planı açıqlanacaq.

  • Yazılıb
  • da (də) 2019 Oct 31
  • Göndərən جهان کمالی